İdman

Azərbaycan üzgüçüsü İslamiadada ikinci qızıl medalını qazandı - FOTO

15 May 2017 18:17
Baxış: 444

Azərbaycan üzgüçüsü Maksim Şembyarov IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, idmançımızın 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışında vaxtı 4:16,56 olub.

Gümüş medal türkiyəli üzgüçü Batuhan Hakana, bürünc isə indoneziyalı Aflah Praviraya nəsib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.