İdman

Bayraqdar güləşçi bıçaqlandı

15 May 2017 11:23
1 Şərh     Baxış: 2 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı 2015" I Avropa Oyunlarında Gürcüstanın bayraqdarı olmuş yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu Zurab Datunaşvili bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə iki gün öncə paytaxt Tbilisidə gecə klublarından birində baş verib.

Xəstəxanaya yerləşdirilən 26 yaşlı idmançının durumu barədə ətraflı açıqlama verilmir.

Qeyd edək ki, Zurab Datunaşvili "Bakı 2015" I Avropa Oyunlarında yarımfinal mərhələsində Azərbaycan güləşçisi Elvin Mürsəliyevə, bürünc medal uğrunda görüşdə isə rusiyalı Çingiz Labazanova uduzub. O, həmçinin 2014-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş dünya çempionatında bürünc medal uğrunda görüşdə də E.Mürsəliyevlə bacarmayıb. Gürcüstanlı idmançı 2012-ci il London Yay Olimpiya Oyunlarında 1/4 final mərhələsində başqa bir Azərbaycan pəhləvanı Emin Əhmədova məğlub olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.