İdman

Azərbaycan tennisçiləri türkiyəli rəqibləri ilə bacarmadılar

14 May 2017 14:32
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının tennis yarışında A qrupunda Azərbaycan və Türkiyənin qadınlardan ibarət yığmaları qarşılaşıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Türkiyə millisi oyunda üstün tərəf olub. Belə ki, türkiyəli tennisçilər hər üç görüşdə qalib gəliblər. Fərdi görüşlərdə Zemfira Ağapayova Ayla Aksuya, Umayra Həşimova Başak Əraydına uduzub.

Cütlüklərin qarşılaşmasında isə Umayra Həşimova - Alina Qavriş dueti Berfu Cengiz - Melis Sezer cütlüyünə məğlub olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.