İdman

"Finalda sondakı kimi işləsəydim, udardım" - Nəzakət Əzizova

13 May 2017 20:12
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həlledici görüşüm çox pis keçdi. Halbuki o rəqibi Antalyadakı Qran Pridə udmuşdum".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 52 kq çəki dərəcəsində gümüş medal qazanan Azərbaycanın qadın cüdoçusu Nəzakət Əzizova deyib.
N.Əzizovanın sözlərinə görə, uduzmasının səbəbi aldığı zədədir: "Çiynimdən zədə aldım. Həm də görüşün əvvəlində yox, axırda işlədim. Sondakı kimi işləsəydim, udardım. Bundan sonra Avropa və dünya çempionatı gəlir. Növbəti yarışlarda qalib gələrək, bayrağımızı qaldırmaq isətəyirəm".
Qeyd edək ki, Nəzakət Əzizova finalda türkiyəli İrem Korkmaza uduzub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.