İdman

ÇL: "Qarabağ"ın püşkatmada yeri dəqiqləşdi

21 Aprel 2017 12:30
0 Şərh     Baxış: 1 196

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasında hansı səbətdə yer alacağı dəqiqləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iyunun 20-də keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq 15 komandanın səbətləri açıqlanıb.

Bu komandaların, həmçinin digər ölkələrdə çempionluq şansını qoruyanların UEFA əmsallarını nəzərə almaqla iştirakçılardan bəzilərinin səpələnmiş, bəzilərinin səpələnməmiş olduğu dəqiqləşib. Bəzi komandaların səbəti isə qeyri-müəyyəndi.
 
Püşkatmaya qatılanlar arasında əmsalına görə 3-cü olan "Qarabağ" səpələnmişlərdən olacaq. Çünki çempionu müəyyənləşməyənlərdən yalnız bəziləri onları keçə biləcək. Bu isə onların yüksək reytinqli "17-lik"də yerinin təmin olunması deməkdi.
 
Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 komanda iştirak edəcək. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü iştirak edəcək. Onlar püşk zamanı 2 səbətə bölünəcək. Artıq 6 komandanın səpələnmiş, 3-nün səpələnməmiş olduğu dəqiqdi. 3 iştirakçının səbəti isə bəlli deyil.
 
I təsnifat mərhələsinin 10 iştirakçısından yalnız TNS səpələnmişlər arasında yer alıb. Çempionluğu rəsmiləşən digər iki komanda isə səbətini bilmir.
 
Çempionlar Liqası
II təsnifat mərhələsi
 
Səpələnmişlər 
"Seltik" (Şotlandiya) - 42,785
BATE (Belarus) - 29,475
"Qarabağ" (Azərbaycan) - 18,050
"Malmö" (İsveç) - 16,945
"Astana" (Qazaxıstan) - 16,800
"Rusenborq" (Norveç) - 12,665
İsrail çempionu
Danimarka çempionu
 
Səpələnməmişlər
"Mariehamn" (Finlandiya) - 2,030
"Spartak" (Latviya) - 1,975
"Samtredia" (Gürcüstan) - 1,525
 Monteneqro çempionu
 
Qeyri-müəyyənlər
"Hafnarfyordur" (İslandiya) - 6,175
"Jalgiris" (Litva) - 5,825
"Dandalk" (İrlandiya) - 5,815
Avstriya çempionu
Kipr çempionu
Slovakiya çempionu
Xorvatiya çempionu
Polşa çempionu
Lüksemburq çempionu
Makedoniya çempionu
Sloveniya çempionu
Bolqarıstan çempionu
Serbiya çempionu
Albaniya çempionu
Moldova çempionu
Macarıstan çempionu
Bosniya və Herseqovina çempionu
I təsnifat mərhələsinin 5 qalibi 
 
I təsnifat mərhələsi
Səpələnmişlər 
TNS (Uels) - 5,775
Şimali İrlandiya çempionu
 
Səpələnməmişlər
Kosovo çempionu
 
Qeyri-müəyyənlər
"Vikinqur" (Farer adaları) - 2,950
"İnfonet" (Estoniya) - 1,300
Ermənistan çempionu
Malta çempionu
Andorra çempionu
Cəbəllütariq çempionu
San-Marino çempionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.