İdman

“Çox içirəm, fədakarlığı xoşlamıram, övlad istəyirəm” - acı etiraflar

21 Mart 2017 23:32
1 Şərh     Baxış: 4 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı tennisçi Mariya Şarapova son bir ildə həyatının keç bir dövründə olmadığı qədər spirtli içki qəbul etdiyini etiraf edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, məşhur tennisçi bildirib ki, doponq istifadə etdiyi üçün Beynəlxalq Tennis Federasiyası tərəfindən 2 il cəza alıb.

Rusiyalı tennisçi spirtli içki içdməsini son dövrlər çölə çox çıxması, ictimai həyatı olması ilə əlaqələndirib. "Vogue"  jurnalına danışan məşhur tennisçi şəxsi həyatı ilə əlaqədar bildirib ki, həqiqətən övlad istəyib: "Ancaq peşəmə ciddi şəkildə kökləndim. Mən bir şeyi digərinə fəda edərək yaşaya bimərəm".

Tennisçi qeyd edib ki, keçən il 26 yanvarda verilən 15 aylıq dopinq cəzası 26 apreldə başa çatacaq. Bundan sonra Mariya Şarapova Ştuttrqart və Madrid açıq tennis turnirinə qatılacaq, ardınca İtaliya açıq tennis turnirində iştirak edəcək.

Xatırladaq ki, Mariya Şarapova karyerasında dəfələrlə müxtəlif turnirlərdə, çempionatlarda qalib olub, eləcə də İtaliya açıq tennis turnirində 2011,2012 və 2015-ci illərdə çempionluq qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.