İdman

“Qarabağ”da dayandı, “Zirə”də davam edir

21 Mart 2017 10:04
0 Şərh     Baxış: 471

Azərbaycan Premyer Liqasının XXIII turunda "Zirə" "Qarabağ"ı qəbule edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qolsuz bərabərliklə başa çatan matç tərəflər arasında 8-ci çempionat görüşü olub.
 
Maraqlıdır ki, geridə qalan oyunlarda paytaxt təmsilçisinin qələbəsi yoxdu. İki qarşılaşmada qalib müəyyənləşməyibsə, daha 6 görüş ağdamlıların xeyrinə başa çatıb.
 
İkili rəqabətin son 5 oyunununda 2:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası uğurlu ənənəyə son qoyubsa, son 6 oyunda qol vura bilməyən "Zirə"nin uğursuz ənənəsi davam edib.
 
İki komanda arasındakı top fərqində isə uçurum müşahidə olunur - 1:14.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.