İdman

Noyer millimizlə oyunu buraxacaq

20 Mart 2017 18:48
0 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2018-in seçmə mərhələsində millimizlə keçiriləcək oyunu buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli qolkiper ayağından zədə alıb. Bu səbəbdən "Bavariya"nın qapıçısı həm İngiltərə ilə yoldaşlıq matçında, həm də millimizlə qarşılaşmada komandasına kömək edə bilməyəcək. 

Almaniya millisinə Mark-Andre ter Ştegen ("Barselona") və Bernd Leno ("Bayer")  kimi qapıçılar da dəvət alıb. Baş məşqçi Yoahim Lövün Kevin Trappı da milliyə dəvət edəcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.