İdman

Rumıniya gimnastı: "Bakıdakı Dünya Kuboku məni əmin etdi ki, proqramım düzgün qurulub"

19 Mart 2017 18:50
Baxış: 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən Dünya Kuboku məni əmin etdi ki, proqramım düzgün qurulmuşdur.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun iştirakçısı, Rumıniya gimnastı Katalina Ponor jurnalistlərə deyib.

Gimnast öz çıxışı barədə bunları bildirib: "Öz çıxışımı yaxşı qiymətləndirirəm. Bu kubok üçün çıxışım heç də pis deyildi. Lakin bir neçə elementin üzərində yenə işləməli, çıxışımı mükəmməl etməliyəm ki, Avropa Çempionatına ən yaxşı formada hazır olum".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının ikinci günü keçirilib. Ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.