İdman

Çinli gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazandı

19 Mart 2017 15:11
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinli gimnast Hao Venq Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda dəstəli at üzərində hərəkətlərdə qızıl medal qazanıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə o, 15.400 xal toplayıb.

İkinci yeri 15.268 xalla macar gimnastı Kristian Berki, üçüncü yeri 15.200 xalla xorvatiyalı Filip Ude tutub.

Qeyd edək ki, Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının ikinci günü başlayıb.

Bu gün kişilər arasında dayaqla tullanmada, gimnastika atı üzərində və turnik üzərində hərəkətlərdə, qadınlar arasında isə tir üzərində və sərbəst hərəkətlərdə final keçirilir.

Azərbaycanı bu gün qadınlar arasında tir üzərində və sərbəst hərəkətlərdə Marina Nekrasova, təmsil edir.

Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.