İdman

Rumıniyalı gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazandı

19 Mart 2017 14:00
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniyalı gimnast Katalina Ponor Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tiri üzərində hərəkətlərdə qızıl medal qazanıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə o, 13.833 xal toplayıb.

İkinci yeri 13.633 xalla yunan gimnast Vasiliki Millusi, üçüncü yeri 13.433 xalla avstraliyalı Emili Littl tutub.

Azərbaycanlı gimnast Marina Nekrasova 13.100 xal yığaraq dördüncü yer tutub.

Qeyd edəki ki, Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının ikinci günü başlayıb.

Bu gün kişilər arasında dayaqla tullanmada, gimnastika atı üzərində və turnik üzərində hərəkətlərdə, qadınlar arasında isə tir üzərində və sərbəst hərəkətlərdə final keçirilir.

Azərbaycanı bu gün qadınlar arasında tir üzərində və sərbəst hərəkətlərdə Marina Nekrasova, təmsil edir.

Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.