İdman

Bakıda zorxana oyunları da keçiriləcək

19 Mart 2017 10:30
0 Şərh     Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il mayın 12-22-də Bakının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən idman növlərindən biri də zorxanadır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, zorxana yarışları üç gün ərzində "Baku Crystal Hall"da keçiriləcək. Yarışlar kişilərdən ibarət komandaların və idmançıların fərdi mübarizəsindən ibarət olacaq.

Bəs zorxana idmanı haqqında nə bilirik? Zorxana iki sözdən ibarətdir: "zor" güc və ya qüvvət, "xana" isə ev mənasını verir. Beləliklə, zorxana güc, qüvvət evi deməkdir. Zorxana İranın ənənəvi "pəhləvan məktəbi"dir.

İyirminci əsrin ortalarınadək zorxana anlayışı bilavasitə güləşlə əlaqələndirilirdi. Döyüş və müharibə ilə bağlı olan bu idman növündə fiziki hərəkətlər pəhləvanların dözümlülüyünü, diqqətliliyini, çevikliyini və sürətlərini artırmaq məqsədi daşıyır.

Zorxana pəhləvanı vətəni və xalqı qarşısında borcunu yerinə yetirməli, böyüklərə hörmət etməlidir. Bu idmançılar döyüş zamanı mil, səngi, qalxan, kaman və zəncir kimi müxtəlif zorxana alətlərindən istifadə edirlər.

İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiri olan "Bakı-2017" gələn il mayın 12-22-də Azərbaycan paytaxtında keçiriləcək. Müsəlman dövlətlərini təmsil edən idmançılar on gün ərzində idmanın 20 növü (24 kateqoriya) - atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə yarışlarda mübarizə aparacaqlar. Yarışlar paytaxtın 16 müasir idman qurğusunda təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.