İdman

“Məğlubiyyəti bəxtsizliklə əlaqələndirərdim” – Zaur Svanadze

18 Mart 2017 23:11
0 Şərh     Baxış: 2 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Neftçi"yə uduzan (1:2) "İnter"in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gürcü mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- "Neftçi"ni 80 illik yubileyi münasibətilə təbrik edirəm. Oyuna gəldikdə isə komanda yaxşı təsir bağışladı. İlk hissədə ərazi üstünlüyü "Neftçi"də idi. Ancaq təhlükəli vəziyyət yaratmadılar. İkinci hisədə üstünlük bizdə idi. Ancaq bəxtimiz gətirmədi. Ən azı heç-heçəyə layiq idik. Bu komandaya cari mövsümdə 3 dəfə uduzmuşuq. Bizim üçün münasib rəqib deyil. Ancaq edəcək heç nə yoxdu.
 
- Bugünkü məğlubiyyətə görə özünüzdə səhv görürsüz?

- Məğlubiyyəti sadəcə, bəxtsizliklə əlaqələndirərdim.
 
- "İnter" elə təsir bağışlayırdı ki, sanki hücum üzərində məşq etməyib...

- Taktiki baxımdan hər şey qaydasındadı. Son iki ildi bu cür taktikayla oynayırıq. Oyunçular nəyi necə etməli olduqlarını bilirlər. Sadəcə, bəzi texniki səhvlər oldu. Həm də ehtiyat oyunçular skamyamız qısadı.
 
- Səlahət Ağayevin yeri görünür?

- Səlahət Ağayev yaxşı qapıçıdı. O, komanda üçün əsas oyunçulardan biridi. Ancaq bu gün Səlahət də qol buraxa bilərdi.
 
- Namiq Ələsgərov "Qarabağ"dan "Neftçi"yə keçəndə klublar arasında belə anlaşma oldu ki, bu futbolçu "Qarabağ"a qarşı oynamayacaq. Bəs Ruslan Abışovun keçidi zamanı bağlı belə anlaşma olmamışdı?

- Ruslanın keçidi Türkiyədə olduğumuz zaman həll olundu. Belə razılaşma olmayıb. Onun komandadan getməsinə görə təəssüf edirəm.
 
- Siz vaxtilə "Neftçi"yə qarşı oynamısız.  Sizcə, hazırkı "Neftçi"də o vaxtkıyla müqayisədə hansı çatışmazlıq var?

- "Neftçi"yə qarşı oyun həmişə çətin olub. "Dinamo"da oynadığım zaman bu komandaya qarşı oyunumuzda müdafiəçimiz səhvə yol vermişdi. Bunun nəticəsində "Neftçi" qalib gəlmişdi. Tbilisiyə gedəndə gördüm ki, bütün qəzetlər qolun mənim səhvimdən vurulduğunu yazırdı. O ki qaldı indiki "Neftçi"ylə müqayisəyə, indiki "Neftçi" yeni komandadı. Vaxt keçdikcə daha yaxşı olacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.