İdman

“Xoşagəlməz hal baş verməsini istəmədim” - Samir Abasov

18 Mart 2017 20:43
0 Şərh     Baxış: 402

"Oyunun bu cür çətin şəraitdə keçəcəyi məlum idi. Görüşün taleyini bir qolun həll edəcəyini təxmin edirdim".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan Premyer Liqasının XXIII turunun açılış oyununda "Kəpəz"ə uduzan (0:1) "Sumqayıt"ın baş məşqçisi  deyib.
Onun sözlərinə görə, hər iki komandanın qalib gəlmək üçün şansı olub:
"Bir qolu biz də vura bilərdik, rəqib də. "Kəpəz" bunu bacardı. Buraxdığımız səhv qolla nəticələndi. Bu cür meydançada komandaların 2 topdan çox vurduğunu görməmişik. Belə qazonda istədiyin kombinasiyanı qura bilmirsən. Çox çətindir. "Kəpəz"ə Sumqayıtda 3:1 hesabı qalib gəlməyimiz dediyimə sübutdur. Əvvəlcədən bilirdik ki, bu oyunu oynaya bilməyəcəyik. İndi 3-4 günlük ara verəcəyik. Bayramı qeyd edənləri təbrik edirəm. Vəziyyətimiz get-gedə gərginləşir. Çempionatda maraq artır, rəqiblər bir-birinə yaxınlaşır. Bizim üçün hələ heç nə bitməyib. Bundan sonra evdə oyunlarımız var. Vəziyyəti düzəltməyə çalışacağıq".
S.Abasov oyun bitəndən sonra hakimlərə yaxınlaşmasına da aydınlıq gətirib. O, bunu öz futbolçularını qorumaq üçün etdiyini söyləyib:
"Matçdan sonra 3-4 futbolçumuzun hakimlərə yaxınlşadığını gördüm və oyundan sonra xoşagəlməz hal baş verməsini istəmədim. Onları oradan aparmaq üçün yaxınlaşmışdım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.