İdman

Almaniyanın rekordu Bakıda qırıla bilər

17 Mart 2017 23:55
3 Şərh     Baxış: 2 665

Almaniya milli komandasının rekordu Bakıda qırıla bilər. 

Milli.Az report.az-a istinadən bildirir ki, bunun üçün 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan hər iki görüşdə Bundestimin qapısına yola tapan Azərbaycan yığmasının martı 26-da Bakıda bu rəqiblə baş tutacaq növbəti oyunda da fərqlənməsi lazımdır.

Cari seçmə qrup mərhələsinə San Marino (8:0), Şimali İrandiya (2:0), Çexiya (3:0) və Norveç (3:0) kollektivləri üzərində qələbə ilə başlayan almanlar ümumilikdə 16 qol vurmaqla yanaşı, öz qapılarını toxunulmaz saxlamağı bacarıblar.

Lakin martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada Robert Prosineçkinin baş məşqçisi olduğu Azərbaycan millisi rəqibini məyus etməklə Bundestimə bu göstəricini yaxşılaşdırmasına imkan verməmiş olacaq.

Seçmə qrup mərhələsində yer aldığı C qrupunda keçirdiyi 4 oyundan 7 xal toplayan Azərbaycan yığması San Marino və Norveçi 1:0 hesabı ilə məğlub etdiyi halda, Şimali İrlandiyaya 4 cavabsız qolla uduzub.

Qeyd edək ki, 2012-ci il Avropa çempionatının seçmə mərhələsində də Almaniya yığması ilə eyni qrupda yer alan Azərbaycan milli komandası səfərdə 1:6, evdə isə 1:3 hesabı ilə uduzub. Həmin görüşlərdə müvafiq olaraq artıq heyətə dəvət almayan Vaqif Cavadovla Murad Hüseynov fərqləniblər.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Ny · 18 Mart 00:1310

    Nagil danishmiyin, yox bir meyus etmekle....belkem 3-0 galibde oldux)))) bishmish toyugun gulmeyi gelir burda deyibler)))

    Cavab yaz
  • Anonim
    Roya · 18 Mart 09:1000

    Ugurlar futbolcularimiza.hesab acilmayacaq.0-0

    Cavab yaz
  • Anonim
    crank · 18 Mart 09:4000

    vallah bunlardan ne desen gozlemey olar yada salaq turklerin guclu olan vaxti bakida qalib gelmisdik.Bir sozle maragli oyun olacaq uduzsaqda gerek mubarize aparsinlar. hamimiz bilirik ki oyun tek qapi olacaq sadece ele dusen sans olsa istifade etmek lazimdi esasda uzaq zerbelerden

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.