İdman

Marina Nekrasova: "Finalda medallar uğrunda mübarizə aparacağıq"

17 Mart 2017 14:31
Baxış: 318

Dünya Kubokunun fianlında medallar uğrunda mübarizə aparacağıq.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında tir üzərində hərəkətlərdə finala çıxan Azərbaycan gimnastı Marina Nekrasova deyib.

M.Nekrasoba bildirib: "Əhval-ruhiyyə yüksəkdir, çıxışımdan isə çox da razı deyiləm. Çətin oldu, çünki məndən öncə çıxış edəcək qız imtina etdi və hər şey qarışdı. Nəzərdə tutduğumdan erkən çıxış etməli oldum, ona görə hazırlaşa bilmədim. Tir elə bir idman qurğusudur ki, burada psixoloji cəhətdən hazır olmaq vacibdir. Bir elementi yerinə yetirmək alınmadı".

Azərbaycan gimnastı əlavə edib ki, bu qurğuda hərəkətdə rəqiblər xüsusən güclüdürlər: "Bununla belə mübarizə apacağıq. Qarşıda hələ sərbəst hərəkətlər var, orada da nəticələr əldə etməyə çalışacağam".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.