İdman

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib

17 Mart 2017 14:26
Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tirində hərəkətlərin yekunu üzrə finala yüksəlib.

Təsnifatın nəticələri üzrə M.Nekrasova 13,000 bal toplayaraq 5-ci yeri tutub.

Digər gimnastımız Yuliya İnşina isə 12,200 bal yığaraq finalın ilk ehtiyatda olan idmançısı olub.

Həmçinin finala Avstraliya təmsilçiləri Emma Nedov və Emili Littl, rumın gimnast Katalina Ponor, çinli Sen-yu Vanq, Yunanıstan idmançısı Vasilika Millusi, türkiyəli Göksu Uctaş Şanlı və İsrail təmsilçisi Ofir Kremer yüksəliblər.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.