İdman

"Neftçi"nin yubiley gecəsi, liderlərin səfər sınağı

17 Mart 2017 12:58
0 Şərh     Baxış: 285

Sabah Azərbaycan Premyer Liqasında XXIII turun oyunlarına start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millinin oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son tur iki gün davam edəcək.

Tura Gəncədə start veriləcək. Autsayderlər qrupundan uzaqlaşmağa çalışan "Kəpəz" avrokubok arzusunda olan "Sumqayıt"ı qəbul edəcək. Ardıcıl 4 matçdı uduzmayan Şahin Diniyevin yetirmələri meydana 3 xal üçün çıxacaq. Samir Abasovun komandası isə üç turluq xal həsrətinə son qoymaqla mövqeyini qorumaq niyyətindədi.
 
Qeyri-adi vaxtda başlayacaq turun mərkəzi oyununda "Neftçi" "İnter"i sınağa çəkəcək. 80 illik yubiley qeyd edən "ağ-qaralar" yarandığı 1937-ci ili təcəssüm edən 19:37-də meydana çıxacaq. Yubiley gecəsindən 3 xalla ayrılmaq arzusunda olan Elxan Abdullayevin yetirmələri "Sumqayıt"ı keçmək, avrokubok şanslarını artırmağa köklənib. Qonaqlar isə mükafat iddiasını bir daha ortaya qoymağa çalışacaq.
 
İkinci oyun günü liderlərin səfər sınağı ilə əlamətdar olacaq. Oyun günü "AZAL Arena"da başlayacaq. Çempionatın autsayderi olan AZAL liderliyi qaytarmağa iddialı "Qəbələ"ni qəbul edəcək. 8 matçdı qələbə həsrətində olan Tərlan Əhmədovun yetirmələri ilk dövrədəki kimi rəqibini büdrətməyə çalışacaq. Roman Qriqorçukun komandası isə "Neftçi" məğlubiyyətini unutdurmaq əzmindədi.
 
Bütün oyunları "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq tura Zirədə yekun vurulacaq. Çempionatın lideri "Qarabağ" özü üçün asan rəqib olan "Zirə"nin qonağı olacaq. Ardıcıl 4-cü çempionluq iddiasında olan əyalət klubu liderliyini qorumaq üçün mütləq qalib gəlməlidi. Ayxan Abbasovun komandası isə son vaxtlar eyni - 0:2 hesabı ilə uduzduğu rəqibdən xal almaq ümidindədi.
 
XXIII tur
18 mart (şənbə)
 
16:00. "Kəpəz" - "Sumqayıt"
İlk 3 dövrədəki oyunlar: 1:1, 0:0, 3:1
Gəncə şəhər stadionu
 
19:37. "Neftçi" - "İnter"
İlk 3 dövrədəki oyunlar: 1:2, 2:1, 3:1
8-ci km qəsəbə stadionu
 
19 mart (bazar)
 
15:30. AZAL - "Qəbələ"
İlk 3 dövrədəki oyunlar: 0:3, 0:0, 0:2
"AZAL Arena"
 
18:30. "Zirə" - "Qarabağ"
İlk 3 dövrədəki oyunlar: 0:2, 0:2, 0:2
Zirə İdman Kompleksinin stadionu

1.

Qarabağ

22

15

3

4

37-11

48

2.

Qəbələ

22

13

7

2

41-12

46

3.

İnter

22

10

9

3

32-21

39

4.

Zirə

22

8

5

9

20-23

29

5.

Sumqayıt

22

6

7

9

20-29

25

6.

Neftçi

22

7

2

13

17-35

23

7.

Kəpəz

22

4

9

9

15-24

21

8.

AZAL

22

1

6

15

9-36

9

Bombardir: Filip Ozobiç ("Qəbələ") - 11.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.