İdman

"Mançester Yunayted" və Mourinyo üçün əlamətdar qələbə

17 Mart 2017 11:55
1 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" avrokuboklarda növbəti qələbəsini qazanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Avropa Liqasının 1/8 final mərhələsində "Rostov"u üstələyərək, uğurlu seriyanı davam etdiriblər.

Belə ki, 1:0 hesablı qələbə qazanaraq, 1/4 final mərhələsinə adlayan İngiltərə təmsilçisi avrokubokda evdə məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırıb. Komanda bunun 12-də qələbə qazanıbsa, 3 dəfə meydanı heç-heçə ilə tərk edib. "Mançester Yunayted" "Old Trafford"da sonuncu dəfə 2013-cü ildə Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"a yenilib (1:2).
 
Bu görüş "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo üçün də əlamətdar olub. Belə ki, portuqaliyalı mütəxəssisin çalışdırdığı komanda avrokuboklarda ardıcıl 8-ci ev qalibiyyətinə sevinib. Bunun 5-ni hazırkı klubunda reallaşdıran Mourinyo 3 dəfə də "Çelsi"nin "sükanı arxası"nda olarkən ev qələbəsinə sevinib. Son 8 görüşdə onun komandaları ümumilikdə 21 qol vurublarsa, öz qapılarında cəmi 2 top buraxıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.