İdman

UEFA reytinqi: 4 ölkə üçün son, Azərbaycan mövqeyində qaldı

17 Mart 2017 10:24
0 Şərh     Baxış: 662

UEFA-nın reytinq siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən 8 matçdan sonra cədvəldə dəyişiklik baş verməyib.

Belə ki, keçirilən görüşlər quruma üzv olan 54 ölkədən 7-nin xal hesabını dəyişməsi ilə nəticələnib. Belçika 4, İngiltərə, İtaliya, Hollandiya, İspaniya, Almaniya və Türkiyə 2 xal qazanıb. Bu da əmsallara təsir edib. Amma bunlar mövqe dəyişikliyinə yetərli olmayıb.
 
4 ölkə üçün avrokubok mövsümü başa çatıb. Belə ki, Yunanıstan, Rusiya, Kipr və Danimarka da avrokuboklardakı son təmsilçisini də itirib. Bununla da 1/4 finalçılar 8 ölkəni təmsil edir.
 
Qeyd edək ki, reytinq cədvəlində 26-cı olan Azərbaycanın xal hesabı 17,750-di.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.