İdman

Çempionlar Liqası: rəqəmlər nə deyir?

17 Mart 2017 09:13
1 Şərh     Baxış: 750

UEFA Çempionlar Liqasının 1/8 mərhələsinin oyunları dünən keçirilən 2 cavab görüşü ilə başa çatdı.

Milli.Az apasport.az-a istinadən qrup mərhələsidən başlayaraq son oyunlara qədər qeydə alınmış bəzi statistik məlumatları təqdim edir.

Bu mövsüm turnirdə keçirilən matçlarda ən çox qol oyunların 45-60-cı dəqiqələri arasında vurulub. Bu dəqiqələr ərzində 64 qol qeydə alınıb. Ən az qol isə birinci hissənin sonlarına artırılmış əlavə dəqiqələrdə qeydə alınır. Həmin anlarda azrkeşlər sadəcə 9 qol izləyiblər.
 
Qrup və 1/8 mərhələsində rəqib komandaların qapısına ən çox yol tapan komanda "Barselona"dır. Katalonlar meydana çıxdıqları 8 oyunda qarşı tərəfi düz 26 dəfə məyus edib.
 
Qitənin ən nüfuzlu klub turnirinin bu mövsümkü ən çox qol buraxan komandası isə "Legiya"dır. Polşa təmsilçisi Çempionlar Liqasında meydana çıxdığı 6 matçda qapısında 24 qol görüb - orta hesabla hər oyunda 4 qol.
 
Ən çox dəqiq pas verən "Bavariya"dır. Alman nəhənginin futbolçuları bu mövsüm keçirilən oyunlarda bir-birilərinə 5497 dəqiq ötürmə edərək bu kateqoriyada ilk pillədədir.
 
Çempionlar Liqasında bombardirlər siyahısına Lionel Messi başçılıq edir. "Barselona"nın super ulduzu rəqib qapıçıları düz 11 dəfə məyus edib.
 
Ən çox məhsuldar ötürmə ilə yadda qalan futbolçu isə bir digər "Barsa"lı Neymardır. 25 yaşlı braziliyalı bu mövsüm çempionlar liqasında komanda yoldaşlarına 8 məhsuldar ötürmə verib.
 
Rəqib komandaları öz zərbələri ilə ən çox narahat edən Pier Emerik Obameyanqdır. "Borussiya"lı futbolçu qapılara endirdiyi 15 zərbənin 7-də çərçivəni dəqiq nişan alıb.
 
Çempionlar Liqasında sayca ən çox dəqiq ötürmə verən futbolçu isə Nzonzidir. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu "Sevilya"nın heyətində bu mövsüm 644 dəfə komanda yoldaşlarını "tapıb".
 
Ən kobu futbolçu "Benfika"lı Lyubomir Feysadır. 29 yaşlı yarımmüdafiəçi meydanda olduğu 590 dəqiqədə rəqib oyunçulara qarşı 21 dəfə qaydanı pozub.
 
Qrup mərhələsi və 1/8 finalda hakimlər tərəfindən ən çox cəzalandırılan isə PSJ-li Marko Verattidir. Gənc futbolçu meydanda olduğu 599 dəqiqədə 5 dəfə sarı vərəqə görüb.
 
Turnirin ən çox seyv edən qapıçısı Ludovik Butelledir. 33 yaşlı fransız qolkiper "Brügge" forması ilə meydana çıxdığı 6 görüşdə 33 dəfə komandasını real qoldan xilas edib.
 
Ən çox qol buraxan qapıçılar isə "Legiyalı" Malarz Arkadyus və "Arsenal"lı David Ospinadır. Təcrübəli "çərçivə qoruyucuları" 16 dəfə topu tordan çıxarmalı olublar.
 
"Quru oyunlar"ın sayına görə isə Canluici Buffon hər kəsdən öndədir. "Yuventus"lu  əfsanə bu mövsüm meydana çıxdığı 7 matçın 5-də qapısında "divə dönüb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mütəxəssis · 17 Mart 11:0210

    Maraqlıdı ki Realın adı heç bir siyahıda yoxdu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.