İdman

Verratti məşhur idman nəşrini məhkəməyə verib

17 Mart 2017 08:36
0 Şərh     Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSG-nin yarımmüdafiəçisi Marko Verratti "L`Equipe" nəşrini məhkəməyə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan havbek tanınmış idman nəşrini yalan məlumat yaymaqda ittiham edib. "L`Equipe" Verratti və komanda yoldaşı Blez Matuidi  birlikdə "Barcelona" cavab oyunundan 2 gün öncə gecə klubuna getdiyini yazmışdı. Bu xəbər martın 10-da tirajlanmışdı. "L`Equipe"in bu xəbəri Verrattinin peşəkarlığını sual altında qoyurdu. Gənc futbolçunun vəkili Alberto Karlo Brusa onun martın 6-sı gecəsi ailəsi ilə evdə olduğunu və jurnalın həqiqətdən uzaq yazı dərc etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.