İdman

"İndi tarix yazmaq lazımdır"

17 Mart 2017 08:29
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Everton"un hücumçusu Romelu Lukakunun klubla yeni müqavilə imzalamaq istəmədiyi məlum olub. Belçikalı forvardın yayda klubunu dəyişməsi ehtimallar arasındadır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lukaku gələcək planları barədə bunları deyib:

""Everton" zəngin tarixi var. Amma keçmişlə yaşamaq olmaz. İndi tarix yazmaq lazımdır. 70-80-ci illərdə "Everton"un uğurlarından danışırlar. Komanda və azarkeşlər isə titul istəyirlər. Mənim tərəfimdən kluba heç bir hörmətsizlik yoxdur. Qollar vurub mükafat qazanmamaq nədir, özünüz başa düşürsünüz. Hərdən Kompani ilə söhbətləşirik. O, mənə deyir: "Romelu, mən "City"yə gəldiyimdən bəri titullar qazanıram". Onları tənqid edə bilərlər. Eyni zamanda İngiltərə çempionu, kubokun sahibi olduqlarını da unutmaq olmaz. Premyer Liqada bombardirlərdən biri mənəm. Ən yaxşılar sırasında daxil olmaq üçün düzgün komanda lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.