İdman

Azərbaycanın gimnastika üzrə hakimindən növbəti uğur

17 Fevral 2017 19:39
Baxış: 345

Litvanın Vilnüs şəhərində 2017-2020-ci il yeni Olimpiya Qaydaları əsasında təşkil olunan qadın idman gimnastikası üzrə beynəlxalq kurslarda hakimlərimiz Rza Əliyev 3-cü, Anjella AbdullayevaKristina Pravdina isə 4-cü hakimlik kateqoriyasını əldə edərək, kursları müvəfəqqiyyətlə başa vurublar.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Xatırladaq ki, kişi idman gimnastikası üzrə hakim R.Əliyev ötən il Slovakiyanın Bratislava şəhərində keçirilmiş Qitələrarası Hakimlik Kurslarında iştirak edərək, ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasını əldə edib.

Beləliklə, R.Əliyev dünyada bir Olimpiya dövrü ərzində iki hakimlik dərəcəsi qazanmış yeganə hakim olaraq qalır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.