İdman

""Atletik" yeganə qol epizodundan istifadə etdi"

12 Yanvar 2017 13:10
1 Şərh     Baxış: 715

"Barselona" İspaniya Kubokunun 1/8 final mərhələsində "Athletik"i mübarizədən kənarlaşdırıb. "San Mames"də 1:2 hesabıyla uduzan katalonlar evdə bunun revanşını alıb - 3:1.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "Barselona"nın baş məşqçisi Luis Enrike bunları deyib:

"Komandamın oyunundan çox razıyam. "Atletik" yeganə qol epizodundan istifadə etdi. Son oyunlarda rəqib bizə qarşı oyunlarda qazandığı qol imkanlarından maksimum istifadə edir. Bizə davamlı qələbə seriyası lazımdır. Messi cütün taleyini həll etdi. Ümid edirəm, "Barselona"da uzun illər qalar. Hər iki oyuna gərgin keçdi. Kubokda hər mərhələdə 1 oyun keçirilsə, daha maraqlı olardı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Kiraz · 12 Yanvar 13:2210

    :-*:-*:-*

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.