İdman

"Real"ın futbolçusu mükafatı rekord nəticə ilə aldı - FOTO

11 Yanvar 2017 19:46
2 Şərh     Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç Xorvatiyada "2016-cı ilin futbolçusu" seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı havbek karyerasında 5-ci dəfə analoji uğura nail olub.

"Mükafatı ilk dəfə 2007-ci ildə alanda bilməzdim ki, daha 5 dəfə bunu qazanacam", - Modriç deyib.

Qeyd edək ki, Xorvatiyada ilin ən yaxşı futbolçusunu sabiq futbolçulardan ibarət münsiflər heyəti seçir. Modric onlardan 100 bal alıb. Bu, mükafatın 45 illik tarixində rekord göstəricidir. 2004-cü ildə Dado Prşo da bu qədər bal toplamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.