Beynəlxalq Tennis Federasiyası (İTF) türkiyəli iki hakimi ömürlük diskvalifikasiya edib.
Milli.Az Report-a istinadən xəbər verir ki, Serkan Aslan və Mehmet Ülker oyun nəticələrinə manipulyasiya etməkdə günahlandırılırlar.
Adıçəkilən hakimlər İTF-nin bayrağı altında keçirilən heç bir yarışda yer almayacaqlar. Onların 2015-ci ildə təşkil olunan turnirlərdə oyunun nəticələrinə müdaxilə etdikləri aşkarlanıb.
Qeyd edək ki, M.Ülker 2015-ci ildə Türkiyənin Belek bölgəsində keçirilən turnirdə oyun nəticələrini sistemə gec daxil edib və telefon vasitəsilə nəticələri kənar şəxslərə bildirib. Nəticədə hakim həmin şəxslərə mərc oyunlarında udmaq şansı qazandırıb.
Milli.Az