İdman

Millimiz Avropa birinciliyinin yarımfinalında

11 İyul 2016 18:59
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Avropa birinciliyinə yeniyetmə oğlanlar, yeniyetmə qızlar və gənc qızlar komandası ilə qatılıblar.

Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, yeniyetmə oğlanlardan ibarət millimiz Ermənistan, Estoniya, İsrail komandalarına, yeniyetmə qızlardan ibarət komandamız İspaniya, Avstriya, Bosniya və Hersoqovina, gənc tennisçi qızlarımız isə İtaliya və Luksemburq yığmalarına 3-0 hesabı ilə qalib gəliblər.

"Play-off" mərhələsində yeniyetmə oğlanlarımız Yunanıstan və Rumıniya komandalarına 3-0 hesabı ilə qalib gələrək 1/4-ə vəsiqə qazanıblar. Növbəti görüşdə oğlanlarımız İtaliya yığmasına qalib gələrək artıq bürünc medalı təmin ediblər.

Komandamızın növbəti rəqibi Rusiya yığması olacaq.

Yeniyetmə qızlarımız isə Slovakiya millisinə 3-0 hesabı ilə qalib gələrək 1/8-ə vəsiqə qazansalar da, burada Rusiya yığmasına məğlub olublar. Yeniyetmə qızlarımız 9-16-cı yerlər uğrunda mübarizədə Türkiyə millisini məğlub edərək, 9-12-ci yerlər uğrunda Çexiya komandası ilə görüşəcəklər.

"Play-off" mərhələsində Bolqarıstan və Almaniya yığma komandalarını məğlub edən gənc qızlardan ibarət millimiz 1/4-ə vəsiqə qazanıblar. Növbəti görüşdə İspaniya yığmasına uduzan gənc qızlarımız 5-8-ci yerlər uğrunda mübarizədə Xorvatiya komandası ilə qarşılaşacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.