İdman

"İqtisadçı" məğlub oldu: "Lokomotiv" finalda!

20 Mart 2011 20:35
Baxış: 341
Lokomotiv - İqtisadçı
Qızıl set: 15:13

---------
Bu gün "Sərhədçi" idman kompleksində Çelenc kubokunun yarımfinal mərhələsi çərçivəsində "İqtisadçı" və "Lokomotiv" cavab matçına çıxıb. Azerisport.az xəbər verir ki, qitəmiqysalı turnirin cari mövsümündə uğurlu çıxışı ilə fərqlənən təmsilçilərimiz məhz yarımfinalda bir-birinə rəqib oldu.
 
Lakin artıq bu gün onlarda biri çıxışını dayandırmalı, digəri isə finala vəsiqəni təmin etməlidi. Bu mənada bir həftə öncəki dueldə qələbə qazanan (3:0) "Lokomotiv"in həlledici oyuna daha yaxın olduğu aydındı. Lakin onların bu günkü görüşdə də "İqtisadçı"ya eyni aqibəti yaşatması vacibdi.
 
Maraq üçün qeyd edək ki, finala çıxan komanda da Azərbaycan klubuna rəqib olacaq. Çünki dünən Rusiyanın "Uraloçka" klubu ilə qarşılaşan digər təmsilçimiz "Azərreyl" rəqibini mübarizədən kənarlaşdıraraq, Azərbaycan finalının baş tutmasına şərait yaratdı.
 
Çelenc kuboku
Yarımfinal, cavab oyunu
 
20 mart
 

Lokomotiv - İqtisadçı - 2:3 (25:23, 20:25, 22:25, 25:14, 8:15) Qızıl set: 15:13


Milli.Az
loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.