İdman

Beyl "Yuventus"a qarşı oynaya biləcəkmi?

5 May 2015 14:59
0 Şərh     Baxış: 1 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madrid "Real"ının uelsli futbolçusu Qaret Beylin Çempionlar Liqasında bu gün "Yuventus"la keçiriləcək oyunda iştirak edib-etməyəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti mətbuata açıqlamasında buna aydınlıq gətirib.
  

O bildirib ki, Beyl Turindəki qarşılaşmada meydana çıxacaq: "Qaret əla formadadır. Zədəsini tam sağaldıb, özünü hazır hiss edir. Əminliklə deyirəm ki, Beyl "Yuventus"la matçda oynayacaq. Onu bu cür görüşdə ehtiyatda oturtmaq fikrim yoxdur".
  

Qeyd edək ki, "Real"da Beyl tam sağalıb, sıraya dönsə də, Kərim Benzema Luka Modriç zədədən əziyyət çəkirlər.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.