Serbiyalı basketbolçular Bakı-2015 obyektlərini yüksək qiymətləndiriblər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı 2015-in serbiyalı 3x3 basketbol komandasının üzvlərindən ibarət idman elçiləri Marko Saviç, Dusan Domoviç Bulut və Marko Zdero Bakı-2015 Avropa Oyunları üçün inşa edilmiş idman obyektlərini və Atletlər Kəndində yaradılmış şəraiti yüksək qiymətləndiriblər.
Milli.Az bildirir ki, Trend-in məlumatına görə, Bakı-2015 Avropa Oyunlarının 3x3 basketbol yarışlarında mübarizə aparacaq 3 idmançı şəhərdə təşkil olunan beynəlxalq yoldaşlıq turnirində qalib gəldikdən sonra Bakı 2015-in Atletlər Kəndində olublar.
M.Zdero və MSaviç 2012-ci ildə 3x3 basketbol üzrə keçirilən ilk dünya çempionatının gərgin final oyununda qələbə qazanmışdılar və onların hər üçü 2014-cü ildə komanda ikincilik əldə edərkən də onun tərkibində çıxış edirdilər.
Üç idmançının ən ucaboylusu, boyu 198 sm olan M.Saviç Bakını ev sahibi şəhər kimi alqışlayaraq deyib: "Bakının heyranedici olduğunu düşünürəm və gördüyüm qədərilə Avropa Oyunları üçün hazırlanmış bütün arenalar dünya standartlarına cavab verir. Azərbaycanda idmana diqqət haqqında çox eşitmişəm və Oyunlar yaxınlaşdıqca şəhərin hər bir nöqtəsində həyəcan və marağı hiss etmək mümkündür. Avropa Oyunları kimi mötəbər yarışda bu cür idman həvəskarlarının qarşısında çıxış etmək hər birimiz üçün böyük qürurverici anlar olacaq".
M.Zdero isə bunları əlavə edib: "Bakıya gələ bildiyimiz və mübarizə ab-havasının hakim olduğu şəhərlə yaxından tanış ola bilməyimizdən məmnunuq. Avropa Oyunları bizim üçün çox önəmli yarışdır və Bakı 2015-in hazırlıq prosesinin son mərhələsinin başladığı bir vaxtda bu həftəsonu bizim üçün mühüm təcrübə oldu".
D.Bulut bildirib: "Bu, idman tarixinin ilk Avropa Oyunlarıdır və bizim məqsədimiz 3x3 basketbolu üzrə Avropa Oyunlarının çempionu olmaqla tarix yazmaqdır. Bakı 2015-də Serbiyanı təmsil etmək üçün yenidən Bakıya qayıdacağım məni şərəfləndirir".
Yeni, 3x3 basketbol idman növü üzrə iyunun 23-dən etibarən 4 gün ərzində 2 medal dəsti uğrunda 128 idmançı mübarizə aparacaq. Biletləri Park Bulvar, 28 Mall və Metro Park alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının müxtəlif əlverişli yerlərində quraşdırılmış 11 bilet satış məntəqəsindən, yaxud Baku2015.com/tickets saytından onlayn üsulla almaq mümkündür.
Serbiyanın D.Bulut, M.Saviç, M.Zdero və Deyan Maystoroviçdən ibarət 3x3 basketbol komandası ilə yanaşı, almaniyalı tennisçi Dmitri Ovçarov, yunan qılıncoynadan Vasiliki Vouqiouka, irland boksçu Keti Teylor, BB-nin taekvondo komandasının üzvü Ceyd Cons, fransız bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Pulsen və polşalı dağ velosipedçisi Maya Vlosçovska Bakı-2015-in beynəlxalq idman elçiləridirlər. Yaxın gələcəkdə növbəti elçilərin adları da açıqlanacaq. Böyütmək üçün şəkillərə klikləyin.
Milli.Az






DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Bayer" yeni transferini etdi
-
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib
-
Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var
-
Ölkədə hava necə olub? - Rəsmi
-
Ukraynadan Rusiya ordusunun itkiləri ilə bağlı son statistika
-
Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü
-
Bakıda evdə meyit aşkarlandı
-
Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var
-
Səudiyyə Ərəbistanında hava həyəcanı: Husilər neft obyektlərini hədəf aldı
-
Zelenski Rusiyanın Şimali Koreya planını açıqladı
-
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
-
Şəkidə ağır qəza: Ölən və yaralanan var
-
Xəzər dənizində zəlzələ oldu
-
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
-
Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət
-
Yayda arılardan qurtulmağın ən sadə yolu
-
Meyvə və tərəvəzləri daha uzun müddət təzə saxlamağın yolu
-
Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir...
-
Hansı ayda doğulan insanlar daha çox yaşayır?
-
Mətbəxdəki bu məhsul tıxanmış boruları açır
-
Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?
-
Dondurma yeyərkən dişlərimizin ağrımasının səbəbi açıqlandı
-
Sarı, yoxsa qırmızı moruq faydalıdır?





