İdman

Kasilyasdan yeni rekord

23 Aprel 2015 13:20
0 Şərh     Baxış: 1 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madrid "Real"ının qapıçısı İker Kasilyas Çempionlar Liqasında rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper "quru" oyunlar seriyasını 52-yə çatdırıb.
  

Bununla da Kasilyas "Mançester Yunayted"in sabiq çərçivə qoruyucusu Edvin van der Sarın rekordunu təzələyib. Hollandiyalıda bu göstərici 51-ə bərabər idi.
  

Kasilyas 52 görüşün 50-də matçı əvvəldən sona qədər keçirib.

Qeyd edək ki, "Real"ın yetirməsi olan 34 yaşlı qolkiper 1999-cu ildən əsas komandanın qapısını qoruyur. O, Madrid klubunda bu vaxta qədər ümumilikdə 719 oyunda iştirak edib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.