İdman

Ançelotti üçün həyəcan siqnalı

22 Aprel 2015 15:14
0 Şərh     Baxış: 1 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madrid "Real"ı mövsümün sonunda Karlo Ançelotti ilə yolları ayıra bilər. Apasport.az saytının məlumatına görə, "kral klubu" Çempionlar Liqasının yarımfinalına vəsiqə qazana bilməsə, rəhbərlik italyan çalışdırıcını postundan göndərəcək.
  

"Real" rəhbərliyi hazırkı heyətin çox güclü olduğunu düşünür. Onların fikrincə, bunun müqabilində komandanın La Liqada ikinci pillədə qərarlaşması yaxşı hal deyil. Əgər Çempionlar Liqasında da nəticə əldə olunmasa, Ançelottinin qalmasının mənası yoxdu. Bu səbəbdən rəhbərliklə təcrübəli çalışdırıcı arasında danışıq olub.

Qeyd edək ki, Ançelottinin rəhbərliyi altında "Real" keçən il Çempionlar Liqasının, İspaniya Kubokunun, UEFA Superkubokunun və Klublararası dünya çempionatının qalibi adını qazanıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.