İdman

"Real" argentinalı ilə danışığa başladı

3 Aprel 2015 12:45
0 Şərh     Baxış: 1 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madrid "Real"ı mövsümün sonunda heyətinə yeni hücumçu qatmağı planlaşdırır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" "Mançester Siti"nin argentinalı futbolçusu Serxio Aquero ilə yaxından maraqlanır.
  

"Real"ın fransalı forvardı Kərim Benzemanın mövsümün sonunda komandadan ayrılacağı gözlənilir. Klub rəhbərliyi onun çıxışından, daha dəqiq desək, məhsuldarlığından tam razı deyil. Aqueronun məhz Benzemanın əvəzinə transfer ediləcəyi gözlənilir. İspanlar 27 yaşlı futbolçu ilə danışığa artıq başlayıblar.

Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti"nin formasını geyinən Aquero İngiltərə Premyer Liqasının cari mövsümündə 23 oyunda 17 qola imza atıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.