İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tor arxasındakı ümidimiz - FOTO
28 Fevral 2015 14:13
0 Şərh
Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qadınlara daha xas, onların daha böyük uğur və populyarlıq qazanmaq şansı olan idman növləri çox deyil. Düzdür, bütün növlərdə - ağır atletika, boks, futbol və başqaları - zərif cinsin nümayəndələrinə rast gəlirik. Ancaq tennis, həndbol, voleybolda qadınları ön planda görmək daha rahatdır. Xüsusilə də gənc qızların böyük maraq göstərdiyi voleybol Azərbaycanda böyük tarixə və uğur salnaməsinə malikdir. Budəfəki yazıda sizi ölkə voleybolunun böyük gələcək vəd edən, parlaq ulduzlarından biri - Ceyran Əliyeva ilə tanış edəcəyik.
Atasının təkidi
3 yanvar 1995-ci ildə Bakıda anadan olan Ceyranın daha iki qardaşı var. Ailənin ən kiçiyidir. Voleybolla 12 yaşından məşğul olmağa başlayıb. Uşaqlıqdan bu idman növünə marağı olsa da, buna bir hobbi kimi baxırdı. Xüsusilə yay aylarında həyətdə atası ilə hər gün voleybol oynayan Ceyranın bacarıqlı olması aşkar idi. Bu şansı qaçırmaq olmazdı. Odur ki, atasının onu voleybola gətirməklə düz addım atdığını demək olar. Gənc voleybolçu etiraf edir ki, bu işlə nə vaxtsa peşəkar səviyyədə məşğul olacağını ağlına gətirməyib. Bunu ondan çox atası istəyib. Valideyni hələ də bu dəstəyini davam etdirir və az qala bütün oyunlarda tribunadakı yerini alır. Əliyevanın karyerasında yüksəliş qrafikini, yəqin, məhz bununla bağlamaq olar. Çünki idmanda mənəvi hazırlıq bəzən fiziki bacarıqları da üstələyir. Konkret çalışmalara gəlincə, Ceyran əvvəlcə 116 nömrəli məktəbdə Korjova Tatyana Semyonovnanın rəhbərliyi altında məşqlərə başlayıb, sonra isə 171 saylı orta məktəbdə bu xətti davam etdirib. Burada iki il məşq etdikdən sonra Azərbaycan Voleybol Federasiyasına dəvət alan Ceyran, sonrakı illərdə Nina Georgiyevna, Feliks Məmmədov və milli komandamızın sabiq kapitanı Alla Həsənovadan voleybolun sirlərinə yiyələnib.
Təhsilə diqqət
İdmançıların adətən təhsilə diqqət yetirmək, yaxşı oxumaq imkanı olmur. Ağır məşqlər, oyunlardan sonra dərslərə köklənmək, yaxşı hazırlaşmaq çox çətindir. Bu baxımdan Ceyran Əliyevanı müsbət fərqləndirmək olar. 245 saylı orta məktəbi bitirən voleybolçu, əlaçı olmasa da, yaxşı oxuyan şagirdlərdən olub. Ceyranın ən sevimli fənləri tarix, rus dili, kimya və ədəbiyyat kimi çətin fənlərdir. Savadına güvənən qızımızın ali məktəbə qəbulu da alqışalayiq hadisədir. Gündə iki məşqi olan Ceyran repetitorla hazırlaşmaqdan imtina edərək çalışmalarını özü davam etdirib. Öz biliyi ilə və əzmkarlığı ilə Azərbaycan Texniki Universitetinə qəbul olan Əliyeva, hazırda "Radiotexnika və rabitə" fakültəsinin tələbəsidir.
Pillə-pillə zirvəyə
Ceyran Əliyeva hazırda "Azəryolservis"in şərəfini qoruyur. Ötən ilin yayında bu komanda ilə müqaviləsini yeniləyən gənc voleybolçu buna qədər "Azərreyl"də oynayıb. Hazırda Çempionlar Liqasının bu mövsümündə 1/4 finala qədər irəliləyən "Azəryol"la birlikdə Superliqanın lideridir. Bu, komandada oynamağa etimad qazanmaq üçün istedadlı və çalışqan olmaq vacibdir. V.M.Filipçenkonun xatirəsinə həsr olunmuş beynəlxalq voleybol turnirində ən yaxşı müdafiəçi adına layiq görülən Ceyran, 2010-cu ildən Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının üzvüdür. Pillə-pillə əsas komandaya qədər yüksələn (o, qızlar arasında 2010 və 2012-ci il, qadınlar arasında 2013 və 2014-cü illər Avropa çempionatlarının seçmə və əsas mərhələlərinin iştirakçısıdır) Əliyevanın karyerasının zirvəsi ötən ilin avqustuna təsadüf edir. Məhz həmin vaxt İtaliyada voleybol üzrə qadınlar arasında dünya çempionatı keçirilirdi və yazımızın qəhrəmanının adı ilk dəfə belə mötəbər turnirdə heyətə salınmışdı. Onun bu sınaqdan uğurla çıxdığını söyləmək olar. Valeriya Korotenkonun gedişindən sonra milliyə gətirilən Əliyeva Oksana Kiselyova ilə yanaşı komandanın güvənc yeridir. İtaliyada gözlənilmədən uğur qazanan və mütəxəssisləri təəccübləndirən millimizin parlayan ulduzlarından birinə çevrilən Ceyran ən xoş sözlərə layiq görülmüşdü. İkinci libero mövqeyində etimadı doğrultması, məşqçilərin ona bir oyunda əsas libero kimi oynamaq şansını tanımasına da rəvac vermişdi.
Hücumsevər libero
Libero olduğundan Ceyranın oyun xüsusiyyətlərində fərq tapmaq çətindir. Bu mövqedə çıxış edən voleybolçular müdafiə xəttində çıxış edirlər və əksər hallarda topun qəbulunda oynayırlar. Liberoların hücum etməsi, xal qazanması qaydalara əsasən mümkün deyil. Onlar yalnız komandanın aktiv fəaliyyətini ötürmələrlə dəstəkləyə bilərlər. Üstəlik, Ceyran Əliyevanın boyu da qısadır - 168 sm. Ancaq məsələnin digər tərəfi də var. Adətən komandalar əsas libero ilə yanaşı, ikinci liberonu da meydana buraxır, onun imkanlarından yararlanmağa çalışırlar. Şərəfini qoruduğu "Azəryol"un böyük ümidlər bəslədiyi gənc voleybolçu bu baxımdan çox fəaldır. Oyunu oxuma qabiliyyəti, çevikliyi, möhkəm psixoloji hazırlığı onu fərqləndirən cəhətlərdəndir. Bununla yanaşı, hücumameylli olması Ceyranın əlavə bacarığıdır. Əksər hallarda ikinci libero kimi oynayan Əliyeva, servislərdən komandasına çox xal qazandırıb.
Portreti
Adətən onun kimi idmançılara "gələcəyin ulduzu" deyirlər. Ölkənin belə gənclərə ehtiyacı böyükdür. Ceyran Əliyeva hər bir azərbaycanlı qız üçün oxumaq, idmanla məşğul olmaq, özünü sübut edərək yaxşı həyat sürmək şansı qazanmaq nümunəsidir. Onun qazandığı hər uğur həm ölkənin nüfuzunun yaxşılaşması, bayrağının yüksəlməsi, adının dünyanın dörd bir yanından gəlməsi, həm də sağlam nəslin yetişdirilməsinə daha bir töhfə verir. Ceyranın portretində gözəl, həyat dolu təbəssümlü, eyni zamanda bir qədər diqqətli, sanki daima nəyisə düşünürmüş kimi görünən bir qız var. Özünə inanır, hər şeyin daha yaxşı olması üçün çalışır, müsbət enerji saçır. "Sükan"ı belə saxlasa, böyük qələbələri qaçılmazdır.
Kaspi.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Brent” ucuzlaşdı
-
Azərbaycan San Marinoya qarşı - Start heyətlər - YENİLƏNİR
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
-
Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir - VİDEO
-
Tramp: İran ABŞ-nin helikopterini vurub
-
"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO
-
Şahbuza dolu yağıb
-
Filippində 7,8 bal gücündə zəlzələ: Ölənlərin sayı 41-ə çatıb - YENİLƏNİB - VİDEO
-
"Oğlumla gəlinim hər şeyi mənə deyir, evlərinin açarı da varımdır"
-
Bakının bu əraziləri qazsız qalacaq - YENİLƏNİB
-
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
-
Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək
-
Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb
-
İran millisinə qadağa
-
İsrail Livana hücum edib - 8 nəfər ölüb
-
Ermənistan vətəndaşlarının məhkəməsində tərəflərin çıxışlarına başlanılıb - FOTO
-
“Xaç atası”nın aktyoru vəfat etdi - FOTO
-
Azərbaycanda aeroport yolunda səmada qəribə görüntü
-
Paşinyan Gümrüdə növbədən-kənar seçkilərin keçirilməsini istəyir
-
"Sumqayıt"dan ayrıldı, tanınmış klubu çalışdıracaq - Rəsmi
-
14 illik həbsdən sonra yenə adam öldürmüşdü - Ömürlük aldı
-
Ermənistandan qaçmaq istəyən Çarukyan saxlanıldı - FOTO
-
Əhliman Əmiraslanov və Abel Məhərrəmova vəzifə verildi
-
Pensiya və maaşı istənilən bankdan almaq mümkün olacaq