"Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində veloyürüş keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində veloyürüş keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, veloyürüş Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyinin və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun təşkilatçılığı, yaxından dəstəyi, aktiv iştirakı və birgə əməkdaşlığı ilə baş tutub.
Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan və hazırda cənab Prezident İlham Əliyevin təminatçısı olduğu sabitlik və inkişaf müstəqil dövlətimizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında həlledici rol oynayıb. Dünya əhəmiyyətli yarışların, idman oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilməsi də məhz ölkəmizin beynəlxalq aləmdəki müsbət imicindən xəbər verir.
Belə mötəbər yarışlardan biri də ilk dəfə doğma Bakımızda keçirilməsi planlaşdırılan Bakı 2015 I Avropa oyunlarıdır. Bakı 2015 I Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Bu istiqamətdə paytaxtın şimal qapısı Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsinə start verilib.
Layihə çərçivəsində keçirilən və böyük maraqla qarşılanan tədbirlərdən biri də Binəqədi rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkından Novxanıya
doğru keçirilən veloyürüşdür.
Veloyürüşə müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı, fərqli yaş qrupuna mənsub iştirakçıların qatılması, xüsusilə də məktəbyaşlı yeniyetmələrin iştirakı tədbirə əlavə rəng qatmışdır.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək tədbir iştirakçılarına yürüşün əhəmiyyətindən danışıb.
O vurğulayıb ki, ətraf mühiti və ekoloji vəziyyəti qorumaq naminə velosiped həvəskarlarının bu ictimai faydalı işə qoşulmasının çox müsbət addımdır. Sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev çıxış edərək belə faydalı tədbirlərin təşkilinə görə təşkilatçılara öz minnətdarlığını bildirib. Yaşıl Velosipedçilər klubunun üzvü Elman Əsgərov və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin sədri Elşən Nuriyev də açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Veloyürüşün qızıl qaydaları haqqında iştirakçılara ətraflı məlumat verildikdən sonra ön sırada məktəbyaşlı yeniyetmələrin dayandığı velosipedçilər yürüşə start veriblər. Novxanı ərazisində AF otel qarşısına çatan veloyürüşçülər böyük coşqu ilə qarşılanıb və onlar üçün konsert proqramı nümayiş etdirilib.
Tədbir ekoloji mühitin qorunması ilə bağlı konfransla davam edib. Konfransda ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçilərinin çıxışları dinlənilib. Əcnəbi təmsilçilər öz ölkələrindəki ekoloji problemlərdən və bunlarla mübarizə yollarından bəhs edib, Binəqədi rayonunda keçirilən "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində görülən işləri, o cümlədən bu veloyürüşün təşkilini yüksək qiymətləndiriblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.














DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan





