İdman

Berti Foqts millini tərk etdi

3 İyul 2014 10:42
0 Şərh     Baxış: 1 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"ABŞ millisindəki fəaliyyətim mənim üçün iş yox, kömək idi". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
 
Braziliyada keçirilən dünya çempionatının final mərhələsi zamanı ABŞ yığmasında baş məşqçi Yurgen Klinsmannın məsləhətçisi kimi çalışan 68 yaşlı mütəxəssisin sabiq yetirməsi ilə birgə fəaliyyəti sona çatıb.
 
Amerikalıların 1/8 finalda Belçikaya uduzması ilə missiyasını başa vuran Foqts 1 aydan az sürən fəaliyyətini dəyərləndirib: "ABŞ yığmasına bütün hörmətimə baxmayaraq, belçikalıların hücumda daha güclü olduğunu deməliyəm. Amerikalılar isə mübarizə aparır, "döyüşürdülər". Sonda isə gözlənilən oldu. ABŞ futbolçuları öyrənmək istəyirlər. Onların taktika və futbol tarixi ilə bağlı sualları olur. Amerikalılar futbolda inkişaf etmək istəyirlər. Oyunçular isə bu oyundan həzz alırlar".
 
Qeyd edək ki, Foqts 2008-ci ildən Azərbaycan millisini çalışdırır.

Milli.Az


DÇ-2014-ün bütün xəbərləri burada.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.