İdman

Kamran Ağayev: "İstərdim ki, o, utansın"

17 Dekabr 2013 18:29
3 Şərh     Baxış: 1 293
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Futbol üzrə Azərbaycan yığmasının və "Bakı"nın qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
  

- Yığma üzvlərindən kimləri 2013-cü ilin ən yaxşısı hesab edirsiz?

- Rəşad Sadıqov, Mahir Şükürov, Rauf Əliyev, Vaqif Cavadov və Rahid Əmirquliyevi. Onların hamısı bu titula layiq idilər.
  

- Siz yenə də ilin ən yaxşı qapıçısı seçildiniz...

- Mənim üçün ən yaxşı qapıçının kim olmasının fərqi yoxdu.
  

- Prinsipcə, başqa alternativ də yoxdu. Siz, yığmanın 1 nömrəsi idiniz...

- Siz Anar Nəzirovu, Fərhad Vəliyevi, Səlahət Ağayevi nəzərə almırsız? Onlar da yaxşı qapıçıdılar. Onlar da mükafat qazana bilərdilər. Digər tərəfdən, şadam ki, mükafata məhz məni layiq görüblər.
  

- Bu, sizin neçənci titulunuzdu?

- Heç yadıma gəlmir. Ya dördüncü, ya da beşinci olmalıdı. Bu titulun mənə nəyə görə lazım olduğunu bilirsiz?
 

- Niyə?

- Futbolumuzda adı T hərfi ilə başlayan bir adam var. O, mənim altı ay futbolsuz qalmağıma səbəb oldu. Bu gün o da mərasimdə idi və gözlərimə baxıb təbrik etdi. Mən istədim ki, o, buna görə utansın.
  

- Zədədən sonra siz yenidən "Bakı"nın əsas heyətinə qayıtdınız...

- Düzünü desəm, hələ tam hazır deyiləm. Ayağımda ağrılar hiss edirəm. Növbəti ilə tam hazır olacağam.
  

- "Qəbələ" ilə qarşıdakı oyundan nə gözləyirsiz?

- Qəbələyə qələbə üçün gedəcəyik. Amma bizə heç kim qələbə zəmanəti verə bilməz. Uduza da bilərik.

Mİlli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.