İdman

Məşhur türk futbolçu öldü - YENİLƏNİB - FOTO

6 Avqust 2013 12:24
0 Şərh     Baxış: 1 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanlar türk futbolunun ən istedadlı futbolçularından biri olan Selçuk Yula bu gün vəfat edib

12:24

Selçuk Yula futbolçu karyerasına "Şəkərspor"da başlayıb.

1979-cu ildə transfer olduğu "Fənərbağça"da qol krallığı və penalti vuruşları ilə məşhurlaşıb.

"Fənərbağça"da iki mövsüm üst-üstə qol krallığı (1981-82, 16 qol), (1982-83, 19 qol) yaşayıb. Futbolçu "Fənərbağça" 134 qola imza atıb.

Daha sonra 1986-1987 mövsümündə Almaniya Bundesliqa klubu olan "Blau Weiss Berlin"ə keçib.

Karyerasının sonlarında "Qalatasaray"da 1 mövsüm oynadıqdan sonra futbolçu karyerasını bitirib.

14 dəfə formasını geyindiyi Türkiyə millisində 3 dəfə kapitan olub.

Evli və 1 qız atası olan Yula, ölümündən əvvəl "Fotomaç" qəzeti və "Fənərbağça TV"də idman şərhçisi olub.

---------
12:00

Türkiyə yığması və "Fənərbağça" klubunun sabiq oyunçusu, məşhur futbolçu Selcuk Yula vəfat edib.

Milli.Az Skorer-ə istinadən bildirir ki, "Fənərbağça"dan sonra "Qalatasaray"da da oynamış 53 yşalı Yula 1959-cu ilin noyabrın 8-də Ankarada doğulmuş, futbolçu karyerasına "Şekerspor"da başlamışdı.

O, 1979-1986-cı illərdə sarı-lacivərd komandanın heyətində oynamış, 134 qol vurmuşdu.
 

Elşən İmanov
Milli.Az

---------
12:24

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.