İdman

Azərbaycan idmançısı Sinqapur olimpiadasının 1/4 finalında!

24 Avqust 2010 17:20
Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanlı avarçəkən Radoslav Kutsev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında bu gün kanoe slalom növündə mübarizəyə başlayıb. Kutsev ilk dəfə yarışdığı kanoe slalom növündə 8 ən güclünün yer aldığı ¼ finala yüksəlib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Milli.Az-a verilən xəbərə görə, 17 yaşlı idmançımız əvvəlcə sınaq yürüşlərində mübarizə aparıb. O, 1 dəqiqə 57,56 saniyə nəticə ilə 16 iştirakçı arasında 7-ci olub. Bundan sonra Kutsev 1-ci mərhələdə iştirak edib. Avarçəkənimizin rəqibi Edqar Babayan (Ermənistan) olub. Yığmamızın üzvü 1 dəqiqə 54,31 saniyə nəticə göstərdiyi halda, Babayan 2 dəqiqə 6,43 saniyə göstərici ilə xeyli arxada qalıb. Nəticədə Kutsev təsəlliverici yürüş sayılan 2-ci mərhələyə qatılmadan birbaşa 3-cü mərhələyə yüksəlib. Həmin mərhələdə isə slalomçumuz Patrik Sokolla (Polşa) üz-üzə gəlib. Kutsev yenə rəqibindən üstün olub. O, 1 dəqiqə 53,53 saniyə, Sokol isə 1 dəqiqə 56,59 saniyə nəticə göstərib. Beləliklə, idmançımız kanoe növündə olduğu kimi, kanoe slalomda da 4-cü mərhələyə, daha dəqiqi, ¼ finala çıxıb.

Növbəti mərhələdə təmsiçimizin rəqibi Anatoli Melnik (Ukrayna) olacaq. Yarış avqustun 25-də yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə saat 12:20-də) başlayacaq.

Qeyd edək ki, Radoslav Kutsev 21-22 avqustda kanoe növündə də çıxış edib. Kutsev ¼ finalda uduzaraq, 6-cı yeri tutub. Olimpiya çempionu adını isə onu üstələyən kubalı Kaserio Sardenas qazanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.