İdman

Zaur Tağızadə karyerasını bitirdi

13 Avqust 2010 16:26
Baxış: 484
Bir müddət əvvəl "Neftçi" futbol klubunun heyətindən kənarlaşdırılan Zaur Tağızadə karyerasını bitirmək qərarına gəlib.

Fanat.az xəbər verir ki, klubun prezidenti Sadıq Sadıqovdan məşqçi işləməklə bağlı təklif alan və fikirləşmək üçün vaxt istəyən veteran futbolçu qərarını verib.

Futboldan uzaqlaşmaq qərarına gələn Tağızadə bundan sonra biznes fəaliyyəti ilə məşğul olacaq. Zaurun özü üçün ölkə xaricində biznes quracaq.

Qeyd edək ki, 31 yaşlı Zaur Tağızadə karyerasına 1994-1995 mövsümündə "Kür-Nur" (Mingəçevir, 10 oyun, 4 qol) klubunda başlayıb. 1997-ci ildə Estoniyanın "Lelle" klubuna keçən Zaur (6 oyun, 2 qol) 1998-ci ildə İslandiyanın "Akranes" komandasının şərəfini qoruyub (3 oyun, 1 qol). 1998-1999 mövsümündə ölkəyə qayıdan "Neftçi"nin keçmiş kapitanı "Şəfa"nın formasını geyinib (16 oyun, 4 qol). Tağızadə 1999-cu ildə yenidən ölkə xaricinə üz tutub və bu dəfə Estoniyanın "Flora" klubu ilə anlaşıb (9 oyun, 1 qol). Lakin 1999-cu ildə növbəti dəfə Azərbaycana qayıdaraq, bir il MOİK-in formasını geyinib (10 oyun, 2 qol). 2000-2004-cü illərdə "Şəfa"da oynayan (100 oyun, 17 qol) kapitanı 2004-cü ildən "Neftçi"də çıxış edirdi (132 oyun, 31 qol).

Zaur 1997-ci ildən milli komandaya dəvət alıb. Yığma formasında 39 dəfə meydana çıxan sağ cinah oyunçusu 6 qola imza atıb.

Milli.Az
loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.