İdman

Xalq artisti: "Uduzanda da kişi kimi uduzmaq lazımdır"

15 Noyabr 2012 19:00
0 Şərh     Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sportal.az saytına müsahibə verən xalq artisti komandanın oyunundan narazı qaldığını gizlətməyib. Xüsusilə də o, baş məşqçinin işinin öhdəsindən gələ bilmədiyini vurğulayıb.

- Millimiz qrupda artıq 4 oyun keçirib. Komandamızın çıxışı necə təsir bağışlayır?


- Ümumiyyətlə, millimizin oyunları, millimizin adı mənə başqa cür təsir edir. Çünki bu komanda bizimdir, ölkəmizi təmsil edir. Amma təəssüflər olsun ki, inkişaf yoxdur. Bu gün millimizin hər hansı inkişafından danışa bilmərik.

- Sizcə, Berti Foqtsla milli hara qədər gedə bilər?


- Berti Foqtsla millimiz uzağa getməyəcək. Bu məşqçi ilə ən yüksək səviyyə belə olacaq. Hər şey göz qabağındadı. Bu neçə ildə milli neyləyib, hansı müsbət nəticəsindən danışa bilərik? Azərbaycanda yaxşı, milli ruhda olan yerli mütəxəssislər var. Hesab edirəm ki, onlar komandamızın başında olsalar, daha yaxşı olar. Ağasəlim Mircavadov, Nazim Süleymanov kimi yaxşı məşqçilərimiz var. Hesab edirəm ki, Nazim Süleymanov yığmamızı çalışdırsa, Foqtsdan 10 dəfə artıq, daha yaxşı iş görər. Foqtsun nəyinə lazım Azərbaycanın uğuru. Özü dili ilə deyir ki, mən uduzmağa, öyrənməyə gedirəm. Oyunla bağlı Foqtsdan nəsə soruşanda deyir ki, biz öyrənməyə gedirik, çox hesabla yox, çalışacağıq ki, az hesabla uduzaq. Belə baş məşqçi olar? Təbii ki, məndən də yaxşı futbolu bilənlər var ki, onu vəzifəyə gətiriblər. Mən bir azərbaycanlı və azarkeş kimi fikrimi deyirəm.

- Azarkeş kimi millidən istədiyinizi ala bilirsiniz?


- Qətiyyən ala bilmirik. Necə olur ki, Gürcüstan yığması bizdən yaxşı oynayır. Bizim onlardan nəyimiz əskikdir? Onlar da 11 nəfərlə oynayırlar. Təəssüflər olsun ki, komandamızın milli ruhunu biz hiss edə bilmirik. Şəxsən mən hiss eləmirəm. Axı bu, sıradan oyun deyil. Burada söhbət Azərbaycan adından gedir. Bu komanda mənim xalqımın ruhudur, qürurudur. Millidən istədiyimizi ala bilmirik. Biz nə qədər gözləməliyik. Başa düşürəm komanda uduzar da, udar da. Amma uduzanda da kişi kimi uduzmaq lazımdır. 20 illik müstəqillik tariximizdə futbolumuzdan başqa hər şey inkişaf edib. Başa düşə bilmirəm Foqts nə gözləyir? Artıq alman bilməlidi ki, bu iş onluq deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.