İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Saşa Stamenkoviç: "Mən tərbiyəli oğlanam"
21 Sentyabr 2012 13:39
0 Şərh
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Liqasının qrup mərhələsi çərçivəsinin I turunda "Partizan"la oyunda daha çox diqqət mərkəzində olan "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç idi. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisinin barışmaz rəqibi olan "Srvena Zvezda"nın keçmiş kapitanı matçdan sonra Serbiya mətbuatına müsahibə verib. O, qarşılaşma başa çatınca baş verən insident barədə danışıb.
- Görüş necə keçdi?
- Çox çətin. Əgər sonda bir az sakit, təmkinlə oynasaydıq, 3 xal bizim olacaqdı. Nəticə bizi qane etmədi. Düzdür, ərazi üstünlüyü "Partizan"da idi. Ancaq bizim də şanslarımız oldu.
- Azarkeşlər oyun zamanı sizi təhqir edirdilər...
- Bəyəm tribunada azarkeş var idi? O qədər az idilər ki, deyilənləri eşitmirdim. Serbiyada fanat adına yalnız "Delie" layiqdir. Çantamda üstündə "Delie 1989" yazılmış torba var. O, mənim talismanımdır və həmişə əlimin altındadır. Bax, əsl fanat onlardır. Bunlar isə əsl xuliqan. Mənim sualım Mustafaya ("Srvena Zvezda" azarkeşlərinin "Partizan"ın qapıçısı Stoykoviçə verdikləri ləqəb) yox, klub rəhbərliyinədir. Onun müqaviləsində belə bir bənd varmı ki, oyundan əvvəl mütləq rəqib komandanın üzvlərinin əlini sıxmaq lazımdır? Onun etdiyi tərbiyəsizlikdir.
- Görüşdən sonrakı insident necə yarandı?
- Bilmirəm, mən əlimi qaldırıb nəticəni bayram edirdim. Bir də gördüm ki, hamı üstümə gəldi.
- Rəqibə formanın altından geyindiyiniz "Srvena Zvezda"nın futbolkasını göstərdiniz?
- Xeyr, mən elə şey etməmişəm.
- Stoykoviç görüşdən öncə də sizə əl uzatmadı?
- Bəli. Siz niyə belə etdiyini ondan soruşun. Bu barədə mətbuat neçə gün idi yazırdı, amma mən əhəmiyyət vermirdim. Öncə onu demək istəyirəm ki, mən yaxşı və tərbiyəli oğlanam, sonra qapıçıyam. Axı məndən nə istəyirdilər? Mən nə etməli idim? "Neftçi"nin qapısını qoruyuram, bir peşəkar kimi bu, mənim borcumdur.
- Vladimir Vermezoviç oyundan sonra sizi qucaqlayaraq, kütlədən qorumağa çalışdı.
- Bəli. O, bir daha sübut etdi ki, dahi məşqçidir.
- Bəs Aleksandr Mitroviçlə aranızda nə baş verdi?
- Mən heç onu tanımıram. Gəncdir, təcrübəsizdir. Tanınmaq üçün vaxtı olacaq. Öncə o mənim üstümə cumdu. Amma onu günahlandırmıram. Hələ gəncdir. Onlar böyüklərdən özlərini necə aparmalı olduqlarını öyrənməlidirlər. Məsələn, Milan Smilyaniçdən. Saşa Markoviç də gəncdir, amma özünü çox tərbiyəli apardı. Buna görə ona "10" düşür.
- Özünüzü mədəniyyətli insan kimi təqdim edirsiniz. Amma Stoykoviçi "Mustafa" adlandırdınız...
- Bilirsiniz, mənim əlimi sıxmamaqla sübut etdi ki, onun haqqında deyilən hər şey həqiqətdir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
4-cü dəfə ana olacaq
-
İran yeni təkliflərini ABŞ-a təqdim etdi
-
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
-
Elvin Hacıyevə yüksək vəzifə verildi
-
Liviya lideri WUF13-ün keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Koronavirusun yeni ştammı AŞKARLANDI
-
"Haqqıma girmisən, çörəyimə BAİS OLMUSAN"
-
"Beşiktaş" Sergen Yalçınla yollarını ayırdı
-
“Qarabağ”ın 3 potensial rəqibi BƏLLİDİR
-
Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib - FOTO
-
Azərbaycanlı aparıcının əri ilə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO
-
Xalq artisti Aygün Səmədzadə sevilən mahnıları ilə səhnədə
-
İrakli Kobaxidze: WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirəm
-
Türkiyədə 15 yaşlı qızın güllələnmiş halda meyiti TAPILDI - FOTO
-
İran DÇ-2026 ilə bağlı yekun qərarını AÇIQLADI
-
Ramil Əmənov direktor TƏYİN EDİLDİ
-
Müdafiə naziri Milli qəhrəmanlarımızın ailələlərinə medallar təqdim edib
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - VİDEO - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"