İdman

"Tvente"nin baş məşqçisindən "Qarabağ" məğlubiyyətindən sonra etiraf

21 Avqust 2026 09:27
Baxış: 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Tvente"nin baş məşqçisi Con van den Brom "Qarabağ"a məğlubiyyətdən sonra komandasının bəzi futbolçularının gözlənilən səviyyədə çıxış etmədiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 0:1 hesablı məğlubiyyəti şərh edib.

Van den Brom cavab qarşılaşmasında daha yaxşı oyun göstərə biləcəklərinə inandığını deyib:

"Bu mərhələdə yaxşı rəqiblərlə qarşılaşırsınız və bunun üçün sizin də yaxşı olmağınız lazımdır. Bu gün bəzi futbolçularımız öz səviyyələrində çıxış etmədilər. Amma cavab oyunu ilə bağlı ümidliyəm. Çünki daha yaxşı oynaya bilərik".

Baş məşqçi "Qarabağ"ın güclü komanda olduğunu da vurğulayıb:

"Onların keyfiyyətlərini gördük. "Qarabağ" yaxşı kollektivdir. Amma düşünürəm ki, biz daha yaxşı oynaya bilərdik".

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.