İdman

"Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib

24 May 2026 18:45
Baxış: 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Misli Premyer Liqasında 2025/2026 mövsümünün son matçında "Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib.

Milli.Az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb.

Yevlax təmsilçisindən qolu 28-ci dəqiqədə Peter Kinqs vurub. "İmişli"nin heyətində isə Dioqo Kardozu 90+5-ci dəqiqədə fərqlənib.

Bu nəticədən sonra "İmişli" 34 xalla 9-cu yeri tutub. 15 xala malik "Karvan-Yevlax" isə 12-ci olub.

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3), "Neftçi" "Kəpəz"i (1:0), "Araz-Naxçıvan" isə "Zirə"ni (3:2) məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.