İdman

Güləşçimiz Avropa çempionu oldu

24 May 2026 13:50
Baxış: 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb.

Milli.Az xəbər verir ki, 38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb.

Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, Yusif finala gedən yolda da inamlı çıxış edib. O, ukraynalı İvan Vasilkovu 10:0, Ermənistan təmsilçisi Norayr Gevorqyanı 11:0, belçikalı Məhəmməd Bisultanovu isə 13:1 hesabı ilə məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.