Dünya Kubokunda heç bir rəqibdən çəkinmirik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya Kuboku kimi yüksəksəviyyəli turnirdə iştirak etmək hər bir idmançı və məşqçi üçün uşaqlıqdan qurulan ən böyük arzudur. Ən güclü komandalara qarşı dünya çempionluğu uğrunda mübarizə aparmaq bizim üçün həm böyük qürur, həm də ciddi məsuliyyətdir.
Milli.Az xəbər verir ki, bu sözləri basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç deyib.
Mütəxəssis iyunun 1-dən 7-dək Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək Dünya Kuboku ilə bağlı fikirləri bölüşüb. O bildirib ki, komanda meydanda olduğu hər 10 dəqiqə ərzində maksimum diqqətini, enerjisini və mübarizə əzmini ortaya qoymağa çalışacaq: "Məqsədimiz hər oyuna yalnız qələbə düşüncəsi ilə çıxmaq və ölkəmizi layiqincə təmsil edərək uğurlu nəticə qazanmaqdır. Turnirdə dünyanın ən güclü 3x3 basketbolçuları və yüksəksəviyyəli komandaları iştirak edəcək. Bununla belə, biz heç bir rəqibdən çəkinmirik. İnanıram ki, hazırkı fokusumuzu və oyun intizamımızı qorusaq, istənilən komandaya qarşı rəqabət aparacaq gücə sahibik".
R. Deliçin sözlərinə görə, yığmanın əsas məqsədi meydanda öz oyununu göstərmək və potensialını maksimum səviyyədə ortaya qoymaq olacaq: "Bunu bacarsaq, nəticədən asılı olmayaraq çıxışımızdan razı qala bilərik".
Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunda Niderland, Polşa, Çexiya və Madaqaskar yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünya Kubokunda heç bir rəqibdən çəkinmirik
-
Kylian Mbappé La Liqanın bombardiri oldu
-
FİFA İranın müraciətini təsdiqlədi: Toplanış Meksikada olacaq
-
Qadın karateçimiz Avropa çempionu olub
-
Komandası tarix yazdı - göz yaşlarını saxlaya bilmədi - VİDEO
-
DÇ öncəsi məşqdə zədələndi, göz yaşları sel oldu - VİDEO
XƏBƏR LENTİ
-
Ayın 25-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
"Rüya gibi"nin aktyoru yeni serialda
-
Dünya Kubokunda heç bir rəqibdən çəkinmirik
-
Kylian Mbappé La Liqanın bombardiri oldu
-
ABŞ və İran arasında 60 günlük atəşkəs razılaşması hazırlanır
-
Pakistanda hərbçiləri daşıyan qatar partladıldı: Ölənlər var
-
Bu səhər yeməyi vərdişindən uzaq durun
-
Bulvarda itkin düşən azyaşlının ailəsi tapıldı
-
Kiyevə hücum zamanı Azərbaycan səfirliyinə ziyan dəyib
-
Eltilər arasında dava zamanı 6 yaşlı uşaq bıçaq xəsarəti aldı
-
Axalkalaki–Qars dəmir yolu açıldı
-
FİFA İranın müraciətini təsdiqlədi: Toplanış Meksikada olacaq
-
Azərbaycanda zəlzələ OLDU
-
Ağ Evin yaxınlığında atəş açan şəxs öldürülüb
-
Türkiyədə güclü zəlzələ olub
-
Bərdədə ağır QƏZA: Ölən var
-
Bu gün 56 mindən çox abituriyent imtahan VERƏCƏK
-
4 aya 36 kiloqram arıqladı - FOTO
-
Beşamel souslu qulançar və kök sote resepti
-
Erkan Petekkaya yeni serialda
-
Yumurtaların saxlanmasında ən çox edilən SƏHV
-
60 yaşdan sonra qadını NƏ QOCALDIR? - Bunlar yaşınızın üstə 10 il gətirir
-
Qarında şişkinliyi azaltmağın sadə yolları açıqlandı
-
40 yaşdan sonra hamıya lazım olan İÇKİ





