İdman

Türkiyəyə ilk qızıl medal qazandıran azərbaycanlı imiş

10 Avqust 2012 18:11
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Londonda keçirilən Olimpiya Oyunlarında taekvondo üzrə yarışlarda finalda iranlı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Türkiyə idmançısı Sərvət Təzəgül Azərbaycan türküdür.

Bu haqda Modern.az saytına İzmir Azərbaycanlıları Dərnəyinin rəhbəri Camal Mehmetxanoğlu məlumat verib.
C.Mehmetxanoğlunun sözlərinə görə Sərvət Təzəgül 26 sentyabr 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində doğulub:

"Qarsın Akyaka mahalından köçən Azərbaycan türklərinin bir boyu olan Qarapapaq türklərinə mənsub bir ailənin övladıdır. 2011-ci ildə  68 kq-da dünya çempionu olub. Ayrıca turnirin ən qiymətli idmançısı seçilmişdi".

"London-2012"nin təfsilatları burada.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.