Fatih Terimdən böyük sürpriz: İspaniya nəhəngi ilə görüşdü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli təcrübəli mütəxəssis Fatih Terimlə bağlı gözlənilməz iddia ortaya atılıb. İspaniya "La Liga"sında çətin günlər keçirən "Valensiya"nın 72 yaşlı türkiyəli məşqçi ilə maraqlandığı və onu komandanın başına gətirmək istədiyi bildirilir.
Milli.Az xəbər verir ki, 3 dəfə UEFA Kubokunu, 2 dəfə isə UEFA Superkubokunu qazanan "Valensiya" hazırda böhran içindədir. Çempionatda keçirdiyi 19 oyundan sonra cəmi 17 xal toplayan klub aşağı dəstəyə düşmək təhlükəsi ilə üz-üzədir. Hazırkı məşqçi Karlos Korberan ilə yollarını ayırmağı planlayan klub rəhbərliyi çıxış yolunu Fatih Terimdə görür.
İspaniya mətbuatının verdiyi məlumata görə, "Valensiya" rəhbərliyi yeni baş məşqçi axtarışları çərçivəsində Fatih Terimlə ilk təması qurub. Görüş zamanı klubun gələcək planları təcrübəli mütəxəssisə çatdırılıb. Bildirilir ki, "İmperator" ləqəbli məşqçi hələlik müsbət və ya mənfi cavab verməyib. Tərəflərin yaxın günlərdə ikinci dəfə bir araya gələcəyi gözlənilir.
Fatih Terim sonuncu dəfə Səudiyyə Ərəbistanının "Al-Shabab" klubunu çalışdırıb. O, bu komandanın başında çıxdığı 23 oyunda 12 qələbə, 4 heç-heçə və 7 məğlubiyyət əldə edib.
Fatih Terimin karyerası boyu çalışdırdığı komandalar:
Qalatasaray (4 müxtəlif dövrdə)
Türkiyə Milli Komandası
Fiorentina (İtaliya)
Milan (İtaliya)
Panatinaikos (Yunanıstan)
Al-Shabab (Səudiyyə Ərəbistanı)
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)
-
Bakıda "Formula 1" bahalaşması: günlük evlər 600 manat olacaq
-
Bakıda iki bağça fəaliyyətə başladı
-
Azərbaycan Qran-Prisinin rəsmi yarış cədvəli açıqlandı
-
Bu universitetlərdə dərslər onlayn keçiriləcək
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki
-
Rus ordusu daha iki kəndi işğal etdi
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."





