İdman

Mattia Debertolis Ümumdünya Oyunlarında faciəli şəkildə vəfat edib - FOTO

12 Avqust 2025 15:00
Baxış: 354
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İdmançı Mattia Debertolis, Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Ümumdünya Oyunları zamanı faciəli şəkildə dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb. 

Qeyd edilir ki, 29 yaşlı Debertolis avqustun 8-də, "səmti müəyyən etmə" (orienteering) növü üzrə keçirilən orta məsafəli yarışda huşsuz vəziyyətdə tapılıb. Hadisə Çendu mərkəzindən təxminən 50 kilometr məsafədə, istilik və yüksək rütubət şəraitində baş verib. Yarış zamanı temperatur 30 dərəcədən yuxarı olub. 

Dərhal ona hadisə yerində ilkin tibbi yardım göstərilib və Debertolis Çinin tanınmış bir xəstəxanasına çatdırılıb. Lakin burada reanimasiyaya yerləşdirilən idmançının həyatı dörd gün davam edən mübarizəyə baxmayaraq xilas edilə bilməyib.

O, avqustun 12-də səhər saatlarında vəfat edib.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.